Gəncədə maşın piyadanı vurub

30
mar
2025
09:22
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1962-ci il təvəllüdlü F.Qarayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, F.Qarayev ərazidə yolu süpürərkən avtomobil onu vurub.
Onun Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin işçisi olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər
Dostları da qəza qurbanı olubmuş... - FOTO
Xəbər verdiyimiz kimi, aprelin 28-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində "Azsamand" markalı avtomobil idarəetmədən çıxaraq idman zalına çırpılıb. Hadisə za...