Gəncədə "Lada Priora" polis maşınına çırpıldı - xəsarət alan var - FOTO
15
fev
2021
08:14
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 2170" ("Lada Priora") markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə yoldan çıxaraq aşıb. Bu vaxt avtomobil polis əməkdaşlarına məxsus "FIAT" markalı xidməti avtomobilə də dəyib.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı - Azərbaycanda ŞOK HADİSƏ
Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad v...