Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə 8 nəfər (3 kişi, 5 qadın) hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"Onlara zəhərlənmə şübhəsi ilə zəruri tibbi xidmətlər göstərilib", - məlumatda bildirilib və əlavə edilib ki, hazırda müvafiq şöbədə müalicələri davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
İlkin məlumata görə, zəhərlənmə yas mərasimində baş verib.
***
Gəncədə kütləvi zəhərlənmə qeydə alınıb.
BAKU.WS report-a istinadən, təxminən ona yaxın şəxs zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Yoluxucu Xəstəliklər Xəstəxanasına müraciət edib.
Onların arasında azyaşlılar da var.
N. Rüstəmova (1962)
A. Teymurlu (1986)
İ. Məmmədov (2017)
Z. Hüseynova (2015)
U. İsyaev (2020)
B. Əliyeva (1963)
S. Hüseynova (1987)
M. İsmayılova (1983)
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....