Gəncədə kişi özünü bıçaqladı
28
dek
2024
23:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncədə 54 yaşlı kişi bıçaq xəsarəti alıb.
BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhərin Bağman yaşayış massivində baş verib.
Şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Paşayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə dərhal yardım göstərilib, sonra o, əməliyyat edilib.
İlkin məlumata görə, 54 yaşlı kişi sərxoş vəziyyətdə özünə bıçaqla xəsarət yetirib. A.Paşayevin özünə hansı səbəbdən xəsarət yetirməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....