Gəncədə güclü partlayış - yaralılar var - FOTO
02
fev
2020
09:42
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə şəhərində evdə partlayış baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Yeni Qəsəbə adlanan yaşayış massivində qeydə alınıb.
Partlayış nəticəsində Bayramova Məryəm və Rzayeva Pəri ağır yanıq xəsarətləri alıblar.
Yaralılar ətrafdakı insanların yardımı ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
İlkin məlumata görə, hadisəyə səbəb qaz sızmasıdır. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Partlayışın dəqiq səbəbləri araşdırılır.
Qalereya
Oxşar xəbərlər
SON DƏQİQƏ: Azərbaycanda poliklinika yanır
Gəncə şəhərində poliklinika binasında yanğın baş verib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Poçt qəsəbəsi, İsrafilbəyov küçəsin...