Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb
Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, qida zəhərlənməsi diaqnozu ilə daha bir nəfər - 2001-ci il təvəllüdlü J.Tamirazova da xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, bundan əvvəl 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***19:13
Gəncədə 4 nəfər dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, həmin şəxslər 35 yaşlı Nigar Cabbarova, 37 yaşlı Xuraman Mehdiyeva, 18 yaşlı Nazənin Quliyeva və azyaşlı oğlandır.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Oxşar xəbərlər
Son bir həftədə yaşıllıqlara 43 min manatdan çox ziyan vurulub
Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Şirvan şəhəri və İsmayıllı, Lənkəran, Xocavənd rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları...