Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ

Gəncədə dəm qazından zəhərlənən tələbələrin SON VƏZİYYƏTİ
Hadisə 64

Ötən gün Gəncə şəhərində dəm qazından zəhərlənən tələbələrin son vəziyyəti açıqlanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 27-si saat 19:20-də iki nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Dəm qazının toksik təsiri diaqnozu təyin edilən pasiyentlərə ilkin tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən gün dəm qazından zəhərlənən tələbələr 2007-ci il təvəllüdlü S.Rüstəmli və 1994-cü il təvəllüdlü L.Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıblar.

Son xəbərlər