Gəncədə dəhşətli hadisə: Qadın başından bıçaqlandı, əri şübhəli bilinir
01
okt
2025
21:03
Gəncədə qadın bıçaqlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini, 1987-ci il təvəllüdlü İ.Məmmədova baş nahiyəsindən kəsilmiş yara xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlər qadının vəziyyətini orta-ağır qiymətləndirirlər.
İlkin məlumata görə, qadına xəsarəti onun həyat yoldaşı yetirib. Buna səbəb qadının ərindən boşanmaq istəməsi olduğu deyilir.
Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Ukraynada azərbaycanlı hərbçi həlak oldu
Ukraynada gedən döyüşlərdə azərbaycanlı hərbçi həyatını itirib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki uzun müddətdir Ukraynanın Jovti Vodı şəhərində yaşayan...