Gəncədə dağıntılar altında qalan sakin - Dəhşətli anları danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi, Ermənistan əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutub.
BAKU.WS xəbər verir ki, Türkiyənin "TV 100" kanalı Gəncədə hadisə baş verən zaman dağıntılar altında qalan şəhər sakinini danışdırıb.
Sakin Emin Mustafayev hadisəni belə xatırlayır:
"Gecə yatdığım yerdə nəsə gumbuldadı. Gözümü açanda gördüm daş-kəsək töküldü üstümə. Təxminən 20-25 dəqiqə dağıntılar altında qaldım. Yatdığım yerdə bütün bunlar başıma uçdu".
Xatırladaq ki, Ermənistanın əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində qadın və uşaq daxil olmaqla 9 dinc sakin qətlə yetirilmiş, 34 nəfər yaralanmışdır.
Oxşar xəbərlər
Hikmət Hacıyev “Russia Today Arabic”ə müsahibə verib - VİDEO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic”...