Gəncədə baş verən qəzanın görüntüləri - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni Gəncə yaşayış massivində zəncirvari qəza baş verib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, hadisə şəhərin Səməd bəy Mehmandarov küçəsində baş verib.
VAZ-2107 və “Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində sürücülərdən biri başından xəsarət alıb.
Görüntülərdən bəlli olur ki, dönmə manevri edən “Mitsubishi”nin sürücüsü qarşıdan gələn VAZ-2107-ni gözləmir.
Bu zaman sonuncu ona çırpılıb. Qəza səbəbkarı isə yolun kənarında park edilmiş avtomobili vurub.
Faktla bağlı araşdırma aparılıb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...