Gəncədə arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Gəncədə arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
Hadisə 45

04 iyun 2022-ci il tarixdə Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Gülüzar Həsənovanın öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gəncə şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.

Bu barədə BAKU.WS-ə Gəncə şəhər prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Aparılmış istintaqla, zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Sabir Şabanovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülüzar Həsənovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Sabir Şabanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər