Gəncədə ağır qəza: 1 ölü, 2 yaralı - FOTO

Gəncədə ağır qəza: 1 ölü, 2 yaralı - FOTO
Foto
Hadisə 188

Gəncə şəhərində 3 avtomobilin zəncirvari qəzası nəticəsində 1 nəfər ölüb, daha iki nəfər yaralanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin "Sovxoz Nizami" adlanan ərazisində, "Mercedes", "VAZ 21015" və "Hundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

"VAZ 21015"də markalı avtomobildə olan sərnişinlərdən biri 1980-ci il təvəllüdlü Hicran İsayeva hadisə yerindəcə dünyasını dəyişib. Daha iki nəfər 1973-cü il təvəllüdlü Cehyun Mirzəyev və 1994-cü il təvəllüdlü Əkbərov Ərizə Azər oğlu müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri ağırdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər