Gəncədə 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənilərin Gəncəni atəşə tutması nəticəsində 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, bu, Azərbaycanın Baş Prokuroru Kamran Əliyevin bəyanatında bildirilib.
"Əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Əliyev Tunar Qoşqar oğlu həlak olmuş, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulmuşdur.
Dəymiş ziyanın məbləği hadisə yerində fəaliyyət göstərən Baş Prokurorluğun əməliyyat-istintaq qrupu tərəfindən baxış keçirilməklə və digər zəruri istintaq hərəkətləri yerinə yetirməklə dəqiqləşdirilir",-deyə Baş prokuror əlavə edib.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...