Gəncə sakininin bir gündə iki maşını yandı - FOTO

Gəncə sakininin bir gündə iki maşını yandı - FOTO
Foto
Hadisə 1366
Gəncə sakini Sultan Əliyevin bir gün də iki maşını yanıb.BAKU WS bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə şəhərin DOS-6 adlanan ərazidə qeydə alınıb.Sultan Əliyevin sözlərinə görə, minik avtomobilinin və sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobus bilinməyən səbəbdən tamami ilə yanıb. Zərərçəkənin iddasına görə, hadisə məqsədli şəkildə törədilib."Qonşu zəng etdi ki, məhlənizdən alov çıxır. Çıxnda gördük ki maşın artıq yanıb. O dəqiqə 101-ə zəng etdim. Hardasa bir 20-dəqiqəyə söndürdülər.Bu vəziyyətdədir. Yarıyan heçnə yoxdur. Benzinin iyi gəlir. O maşında hələ də durur. Düşünürəm ki, bunu bilərəkdən ediblər.Öz-özünə yanmayıb, qısaqapanma olmayıb. Doqquz ay bundan əvvəl “Mersedes Sprinter”in arxa tərəfi yanmışdı. Onda mən elə bildim ki qısa qapanmadan olub", - deyə Sultan Əliyev bildirib.S.Əliyevin müraciəti əsasında Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat axtarış tədbirləri aparılır. Hələlik şübhəli kimi saxlanılan yoxdur.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

SON DƏQİQƏ: Azərbaycanda valyutadəyişmə məntəqəsinin işçisi öldürüldü

SON DƏQİQƏ: Azərbaycanda valyutadəyişmə məntəqəsinin işçisi öldürüldü

Gəncə şəhərində qətl hadisəsi baş verib. BAKU.WS bölgə muxbirinin verdiyi məlumata görə hadisə şəhərin Ü.Hacıbəyov küçəsində qeydə alınıb. 1989 cu il təvəllüdlü...

3452 Hadisə 10:12 11 noyabr 2019

Son xəbərlər