Gəncə sakini zarafata görə dostunu taxta parçası ilə döydü
Gəncə şəhərində dostunu zarafata görə döyən şəxs həbs edilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, şəhər sakini - 1973-cü il təvəllüdlü Mahir Məcidovun (ad və soyad şərtidir - red.) uşaqlıq dostu Yaşar söhbət zamanı ona zarafat edib.
Həmin vaxt əsəbi olan Mahir zarafatı ciddi qəbul edib və dostlar arasında mübahisə yaranıb. Bu zaman M.Məcidov yaxınlıqdakı su arxından taxta parçasını götürərək Yaşara baş və boyun nahiyələrindən zərbələr endirib. O, huşunu itirərək yerə yıxılıb. Vəziyyətin ciddi olduğunu görən Mahir Yaşarı götürərək evinə gətirib. Daha sonra Yaşar öz mənzilinə qayıdıb.
Hadisədən bir gün sonra Mahir Bakıya gəlib. Paytaxtda olarkən bacısı ona zəng vuraraq Yaşarın vəziyyətinin pis olduğunu və xəstəxanaya yerləşdirildiyini bildirib. Mahir Bakıdan Gəncəyə qayıdaraq polisə təslim olub.
Faktla bağlı cinayət işi başlanılıb və iş Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesində tərəflər arasında barışıq olsa da Mahir məsuliyyətdən azad edilməyib. Məhkəmənin hökmü ilə M.Məcidov 3 il azadlıqdan məhrum olunub.
Oxşar xəbərlər
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. BAKU...