Gəncə sakini qollarını, boynunu və qarnını doğrayıb

Gəncə sakini qollarını, boynunu və qarnını doğrayıb
Hadisə 182

Gəncə sakini özünə xəsarət yetirib.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, hadisə şəhərin Köhnə Ət kombinatı adlanan ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Hüseynov Röyal Dilqəm oğlu bədənin çoxsaylı kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib.

Müayinə zamanı onun qolları, boyunu, qarın nahiyəsi və bədənin bir sıra yerlərinin kəsilməsi aşkar olunub. R.Hüseynovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər