Gəncə İdman Sarayında 4 nəfər zəhərləndi

Gəncə İdman Sarayında 4 nəfər zəhərləndi
Hadisə 7

Gəncə şəhəri Nizami prospektində yerləşən Gəncə İdman Sarayında tüstülənmə olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə fevralın 24-də qeydə alınıb. Binanın 3-cü mərtəbəsi ilə dam örtüyü arasında təmir işləri görülən zaman direl alətindən istifadə nəticəsində hasardaxili membrana qığılcım düşüb. Nəticədə tüstülənmə olub.Ğ\

Baş verə biləcək yanğının qarşısını alarkən idman sarayının 4 nəfər əməkdaşı tüstüdən zəhərlənib.

Onlar Gəncə şəhər 3 saylı xəstəxanaya aparılıblar. Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər