Gənc qız sərnişin avtobusuna şampan şüşəsi atıb dava saldı
30
okt
2024
16:56
Rusiyanın Ufa şəhərində gənc qız sərnişin avtobusuna şampan şüşəsi ataraq yoldan keçənlərlə dava salıb.
BAKU.WS xəbər verir ki, müvafiq görüntülər "Shot" teleqram kanalı tərəfindən yayımlanıb.
Görüntülərdə sərxoş rus qadının avtomobilə butulka atması əks olunub. Bundan sonra o, yoldan keçənlərə qışqırmağa başlayır. Qadın onların bəzilərinə yumruq zərbəsi endirməyə çalışıb.
Məlumata görə, hadisə Tsyurupa küçəsində baş verib. Qız qaçmağa çalışsa da, yerli sakinlər onu və rəfiqəsini avtobusa sürüyərək polisə müraciət ediblər. Hər iki qız polis bölməsinə aparılıb.
Oxşar xəbərlər
Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib
Abşeron rayonu ərazisində sentyabrın 26-da gecə saatlarında avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib. BAKU.WS "Report"a istinadən xəbər ver...