Gədəbəydə körpə qızdırmadan ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
BAKU.WS xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.
***12:29
Gədəbəydə körpə qızdırmadan ölüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Elman oğlu Əsədov xəstəxanada qızdırmadan ölüb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...