Gədəbəydə AĞIR QƏZADA həlak olanlardan biri üç yaşlı uşaqdır - ADLAR MƏLUM OLDU
Yeniliklərdən dərhal xəbərdar olun
Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı məlum olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, avqustun 29-u saat 20 radələrində Gədəbəy rayonunun Maarif kəndi ərazisində 1981- ci il təvəllüdlü Ramiz Həsənəliyevin idarə etdiyi VAZ-21043 markalı, 50-BU-563 dövlət nömrə nişanlı avtomobillə 2006-cı il təvəllüdlü Rəvan Şirinovun idarə etdiyi VAZ-2121 markalı, 10-GV-054 dövlət nömrə nişanlı avtomobil toqquşub.
Qeyd edək ki, hadisə nəticəsində 2022-ci il təvəllüdlü Uğur Həsənov və 1981-ci il təvəllüdlü Raziyyə Bağırova hadisə yerində həlak olublar. VAZ-21043 markalı avtomobilin sürücüsü Ramiz Həsənəliyev isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
*** 09:00
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişənlər Maarif kənd sakinləri; 1981-ci il təvəllüdlü R.Bağırova və 2022-ci il təvəllüdlü U.Həsənovadır.
Qeyd edək ki, "VAZ-2104" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində daha bir nəfər - Ramiz Həsənəliyev ağır xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
*** 23:50 08.29.20205
Gədəbəydə ağır yol qəzası olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Maarif kəndində qeydə alınıb.
"VAZ-2104" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər - qadın və uşaq ölüb, daha bir nəfər - 1981-ci il təvəllüdlü Ramiz Həsənəliyev ağır xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....