Gecə radələrinə yeni tikilidə YANĞIN
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev 6 C ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər veir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının hasara alınmış ərazidə baş verdiyi müəyyən edilib. Güclü külək yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin peşəkarlığı və operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 70 kv.m. sahədə taxta tullantıları yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı
Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb. BAKU.WS Xitab24.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb. Hadisə bu gün səhər...