Gecə klubundakı partlayışda yaralananlardan üçünün vəziyyəti kritikdir - VİDEO

Gecə klubundakı partlayışda yaralananlardan üçünün vəziyyəti kritikdir - VİDEO
Video
Hadisə 173

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Hazırda reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir.

BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumata görə, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var. Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov isə jurnalistlərə açıqlamasında bildirib ki, hadisədən sonra Mərkəzə 14 nəfər gətirilib. Onlar əsasən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alan və bəzilərində müştərək travmalar olan şəxslərdir. Artıq 5 nəfər ambulator müalicəsini davam etdirmək üçün evə yola salınıb.

Fazil Alməmmədov qeyd etdi ki, reanimasiyada 3 kritik xəstədən başqa 4 xəstə də var ki, onların da vəziyyəti ağırdır. Dövlət qurumlarının məlumatına görə, ümumilikdə tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır.

Son xəbərlər