Füzulidə qanunsuz tikililər sökülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Füzulidə qanunsuz tikililər sökülüb.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Belə ki, Füzuli Rayon İcra Hakimiyyəti rayonun Birinci Qayıdış qəsəbəsi və Horadiz şəhəri ərazilərində qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edərək bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edib.
Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər söküb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....