Füzulidə dəhşətli qəza: İki hərbçimiz həlak oldu - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər saatlarında Füzuli rayonu, Fin şəhərciyi yaxınlığında baş vermiş qəzada vəfat edən şəxslərin hər ikisi Azərbaycan ordusunun zabiti olub.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, A.Nəzərov mayor, İ.İmdatlı isə baş leytenant rütbəsində xidmət edib. Onlar Vətən müharibəsində də iştirak ediblər və medallarla təltif ediliblər.
Qəzada vəfat edən sürücü, Azərbaycan Ordusunun mayoru A.Nəzərov Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nəzərovun qardaşıdır. O, bu gün doğulduğu Goranboyun Qızılhacılı qəsəbəsində dəfn ediləcək.
***09:50
Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cü il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...