FHN rəsmisi: Sürüşmə zonasında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır
![FHN rəsmisi: Sürüşmə zonasında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır](https://baku.ws/storage/photos/uploads/thumbs/large/KMiDXk5NViDimSztfrmKXXYu3OIdqG6BtGMcNyhh.webp)
Bakıda mövcud olan bir neçə sürüşmə zonası, eləcə də teleqüllənin də yaxınlığında yerləşdiyi Bayıl yamacında təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır.
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədr müavini Elxan Əsədov deyib.
O bildirib ki, Bakıda bir neçə belə sürüşmə zonası mövcuddur:
"Suraxanı rayonunun Zığ massivində, Xətai rayonun Gəncə prospektində, həmçinin Səbail rayonunda bir neçə sürüşmə zonaları var. Biz bu ərazilərdə qabaqlayıcı tədbirlər görürük. Bayıl zonasında və Alov qüllələri ətrafında həm layihə işlərini həyata keçirir, həm də orada sifarişçi funksiyasını yerinə yetiririk. Bu ərazilərdə təhlükəyə qarşı qabaqlayıcı tədbirlər daimi xarakter daşıyır, orada görüləcək işlər çoxdur".
Elxan Əsədovun sözlərinə görə, sürüşmə zonasına əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi getməli, müvafiq rəy verməlidir. O deyib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yalnız binaya baxıb rəy verə bilir.
"Geoloqlar torpağın altında hansı proseslərin getdiyini müəyyən edərək müvafiq rəy verirlər. Onların rəyi əsasında biz bu proseslərin qarşısının alınması üçün hansı tədbirləri görəcəyimizi müəyyən edirik. Görülən tədbir kifayət etməzsə, təxliyə işləri həyata keçirilməlidir. Əgər, görülən tədbir kifayət edərsə, oraya qoyulacaq xərc hesablanır. Hadisə baş verəcəyi halda dəyən zərərin qoyulacaq xərcdən çox olacağı müəyyən edilərsə, biz müvafiq rəy veririk, dövlət bunun əsasında o işlərin görülməsi üçün maliyyə ayırır", - o bildirib.
Oxşar xəbərlər
Röya Ayxanın stilistini 57 bıçaq zərbəsi ilə ÖLDÜRDÜLƏR - Hadisə yerindən GÖRÜNTÜLƏR
2022-ci il martın 13-də Bakının Xətai rayonunda qətl hadisəsi olub. Məlumat daxil olan kimi polis və prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirirlər. Mə...
![](/images/banners/placeholder_home_right_az.jpg)