FHN Qəbələdə yanğınla bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
BAKU.WS FHN-in yaydığı məlumata istinadən xəbər verir ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB - FOTO
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb. BAKU.WS xəbər verir ki, məlumatda deyilir: "112" qaynar telefon xəttinə Qəbəl...