Qəbələdə dağlıq ərazidə yanğın başlayıb - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Qəbələdə baş vermiş yanğınla bağlı məlumat yayıb.
BAKU.WS xəbər verir ki, məlumatda deyilir:
"112" qaynar telefon xəttinə Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanır.
Əlavə məlumat veriləcək".
***11:47
Qəbələ rayonunda meşə yanır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, yanğın hadisəsi bu gün səhər saatlarından etibarən rayonun Solqıca kəndi ərazisinə aid olan yüksək dağlıq-meşəlik ərazidə baş verib.
Hazırda yanğın davam edir.
Qalereya
Oxşar xəbərlər
Oğuzda dağlıq ərazidə başlayan yanğının söndürülməsinə helikopter cəlb edildi - YENİLƏNİB
20 avqust tarixində Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə (...