FHN-in yanğını söndürməyə gedən maşını çayda batdı - VİDEO

FHN-in yanğını söndürməyə gedən maşını çayda batdı - VİDEO
Video
Hadisə 636
Quba rayonunun Qorxmazoba kəndində yaşayış evində yanğın baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, ev sahibi Həbib Məmmədov hadisə ilə bağlı FHN-in Quba Yanğından Mühafizə Xidmətinin "qaynar xətti"nə zəng edib.Lakin yanğını söndürməyə gələn yanğınsöndürən avtomobil Vəlvələ çayında batıb. Yanan ev kənd sakinləri tərəfindən söndürülüb.Nəticədə yaşayış evinin 1 otağı və içərisində olan mebel, yataq dəstləri yanıb.Faktla bağlı araşdırma aparılır.Qeyd edək ki, rayon mərkəzinə ən yaxın yol Vəlvələ çayının içindən keçir.FHN-in mətbuat xidmətindən bildirilib ki, nazirliyin nəqliyyat vasitələrinin, o cümlədən yanğınsöndürən maşınının çayda batması hadisəsi baş verməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər