Siqareti çəkib aşağı atdı, qonşunun evi yandı

Siqareti çəkib aşağı atdı, qonşunun evi yandı
Hadisə 1364
Bakının Yasamal rayonunda Dadaş Bünyadzadə küçəsində yerləşən hündür mərtəbəli yaşayış evində yanğın baş verib.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində Muxtar Mollayevə məxsus mənzildə olub. Hadisə yerinə 5 yanğın söndürən maşın və 1 təcili tibbi yardım xidməti maşını cəlb edilib. Yanğınsöndürənlərin səyləri nəticəsində yanğın söndürülüb. Ev sahibi bildirib ki, yanğın baş verən zaman evdə heç kim olmayıb. Ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret kötüyü olub.Eyvanda yanan konstruksiyaların olduğuna görə, alov tez vaxtda mənzilin içərisinə də keçib. Nəticədə 3 otaqlı mənzilin 2 otağı tam yanıb. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

“Altes Plaza”-da yanğın baş verib - VİDEO

“Altes Plaza”-da yanğın baş verib - VİDEO

Yasamal rayonunda İsmail bəy Qutqaşenlı küçəsində yerləşən “Altes Plaza”-nın 8-ci mərtəbəsində yanğın baş verib.ONA xəbər verir ki, yanğın məişət tullantıları o...

2385 Hadisə 09:06 06 aprel 2019

Son xəbərlər