FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi "Hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas edilməsi" mövzusunda təlim keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkili və həyata keçirilməsi qaydaları, o cümlədən əməliyyat şəraitinin operativ qiymətləndirilməsi, kəşfiyyatın aparılması, hündürmərtəbəli binalardan zərərçəkmişlərin xilas olunması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə zamanı idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti qəza baş vermiş binada əməliyyat şəraitinə uyğun olaraq operativ kəşfiyyat işləri apararaq aşkar olunmuş "zərərçəkmişləri" təxliyə edib, onlara "təxirəsalınmaz ilkin yardım göstərib", həmçinin qarşıya qoyulmuş digər tapşırıqları uğurla icra ediblər.
Yekunda təlimin nəticələri müzakir olunub, müvafiq tapşırıqlar verilib.
Qalereya
Oxşar xəbərlər
Bu kafedə 50 manata intim xidməti göstərilirmiş - Əxlaqsızlıq yuvası aşkarlandı
Şirvan şəhərində kafedə əxlaqsızlıq yuvası aşkarlanıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, şəhər sakini Elçin Aslanov (soyad şərtidir) Şirvan şəhərindəki...
