FHN-dən metrodakı tüstüləmə ilə bağlı AÇIQLAMA - FOTO

15
mar
2017
21:04
Fövqəladə Hallar Nazirliyi Bakı metropolitenində baş vermiş yanğınla bağlı məlumat yayıb.
BAKU.WS-in FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı Metropoliteninin 28 may stansiyasından Gənclik stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb.
Əlavə məlumat veriləcək.
BAKU.WS






Oxşar xəbərlər
Sabunçuda köməksiz qalan şəxs son anda xilas edildi
Sabunçu rayonu ərazisində suyun səviyyəsinin artması nəticəsində köməksiz qalan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) BAKU.WS-ə verilən məlum...