FHN Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda binanın çökməsi nəticəsində xəsarət alanların sayını açıqlayıb.
BAKU.WS xəbər verir ki, FHN-in əməkdaşı Bəxtiyar Tağıyev Report-a açıqlamasında bildirib ki, hadisənin baş verdiyi ərazidə "City Garden" şirkəti tərəfindən binanın tikintisi aparılır.
"Tikinti gedən prosesdə binanın ikinci mərtəbəsində beton verilən zaman qəlibləmələrdə boşluqların olduğu hiss olunub. Bu zaman qəlib qaçıb və uçqun baş verib. Bildirilir ki, 3 nəfər yüngül xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər", - o vurğulayıb.
Oxşar xəbərlər
Bakıda tikilməkdə olan bina çöküb - FOTO - YENİLƏNİB 2
Baş Prokurorluq Bakıda binanın çökməsi ilə bağlı daha bir məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən BAKU.WS-ə daxil olan məlumatda deyilir: "Xəbər verildiyi ki...