Faciəvi şəkildə ölən ata-oğul və sürücünün FOTOSU
Yanvarın 5-i Salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, Qafqazinfo faciəvi şəkildə həlak olan sürücü 32 yaşlı Coşqun Məmmədov, sərnişinləri - 60 yaşlı Vüqar İmanov və onun 36 yaşlı oğlu Tərlanın fotosunu təqdim edir:
Qeyd edək ki, hadisə vaxtı taksi sürücüsü, Sabirabad rayonunun Muğangəncəli kənd sakini Coşqun Məmmədovun idarə etdiyi "Mercedes" markalı minik avtomobil eynimarkalı digər maşınla toqquşub.
Bildirilib ki, C.Məmmədov Moskvada yaşayan və Yeni il münasibətilə kəndə gəlmiş Vüqar İmanovu geridönüş üçün Bakı aeroportuna aparırmış. Həmin vaxt Vüqarın oğlu Tərlan İmanov da onları müşayiət edirmiş.
T.İmanov Sabirabadın Çiçəkli kənd orta məktəbində müəllim işləyirmiş.
Fotoda: Vüqar İmanov
Fotoda: Tərlan İmanov
Fotoda: Coşqun Məmmədov
Oxşar xəbərlər
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu
Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...