FACİƏ: Azərbaycanlı ailənin Antalya tətili ölümlə bitdi - FOTO

FACİƏ: Azərbaycanlı ailənin Antalya tətili ölümlə bitdi - FOTO
Hadisə 8490
Antalyaya istirahətə gedən azərbaycanlı ailə faciə yaşayıb.BAKU.WSTürkiyə mətbuatına istinadən xəbər verir ki, ailenin 10 yaşlı oğlu Ayxan Zamanov beşulduzlu otelin havuzunda boğulub.Hadisə dünən saat 17.00 radələrində baş verib. Ailəsi ilə otağında dincələn Ayxan üzmək üçün hovuza girib. Bir müddətdən sonra onun hovuzda çırpındığını görüblər. Ətrafdakılar onu sudan çıxarıblar.Ayxan Zamanova otel çalışanları tərəfindən ilk yardım edilib. Hadisə yerinə çağırılan təcili tibbi yardım 10 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Zülfiyyə QurbanovaBAKU.WS

Son xəbərlər