Eyni obyektlər bir ildən sonra yenə bağlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Tovuz rayonunun Qəribli, Alakol, Düz Qırıqlı, Hunanlar, Yuxarı Öysüzlü, Abulbəyli və Çatak Pələkli kəndlərində yerləşən "Valeh" MMC-yə məxsus və fəaliyyətləri aşkar olunmuş nöqsanlara görə ötən ilin avqust ayında Agentlik tərəfindən dayandırılmış yanacaqdoldurma məntəqələrinin həmin nöqsanlar aradan qaldırılmadan qeyri-qanuni olaraq fəaliyyətlərini bərpa etdiyi müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən görülmüş müvafiq tədbirlərlə ciddi pozuntuların aşkar olunduğu və hələ də aradan qaldırılmadığı yanacaqdoldurma məntəqələrinin fəaliyyəti yenidən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktların nüsxəsi sahibkara təqdim edilib.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...