Əvvəl xalası oğlunu bıçaqladı, sonra arvadını öldürdü - Goranboydakı qətlin TƏFƏRRÜATI
Goranboyda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Maşallah Əliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub, o, 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2025-ci ildə Goranboy rayonunun Hazırəhmədli kəndində baş verib. Əvvəllər ailəli olub boşanan M.Əliyev sonradan İlhamə Tağıyeva ilə ailə həyatı qurub və onların birgə nikahından 3 övladları dünyaya gəlib. Bir müddətdən sonra M.Əliyev İlhamənin başqa kişilərlə yazışdığını iddia edərək onu izləyib.
İttihamda göstərilib ki, M.Əliyev həyat yoldaşının telefonuna baxarkən onun başqa kişilərə sevgi mesajları yazdığını və şəkillər yolladığını görüb. Həmin şəxslərdən biri isə M.Əliyevin xalası oğlu olub. O, xalası oğluna həyat yoldaşının telefonu ilə sms yazaraq görüşə çağırıb. Xalası oğlu görüşə gələrkən orada M.Əliyevi görüb. Mübahisə zamanı M.Əliyev xalası oğlunu bıçaqlayıb.
Hadisədən bir müddət sonra Maşallah yenidən həyat yoldaşının telefonunda başqa kişi ilə yazışmasını tutub və onu qətlə yetirib.
Oxşar xəbərlər
Piyadanı vurub öldürən avtobus sürücüsünə qarşı 50 min manatlıq İDDİA
Bakı Ağır Cinayətlər Məhkəməsində idarə etdiyi marşrut avtobusu ilə piyadanın ölümünə səbəb olan Samir Mamedovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. BAKU...