Evlərdən 25 min oğurlayıb kameralara düşdü - ANBAAN VİDEO
15
apr
2026
09:59
Şəmkirdə evdən oğurluq edən şəxs tutulub.
BAKU.WS xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Şəmkir və Tovuz rayonları ərazilərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.
Araşdırmalarla müəyyən edilib ki, müxtəlif vaxtlarda Şəmkirdə 4, Tovuzda isə 2 evdən ümumilikdə 25 min manat dəyərində pul və qızıl-zinət əşyaları oğurlanıb.
Tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 41 yaşlı Babək Sadıqov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlum...