Ev sahibi maskalı oğrunu aldatdı – Əvəzində arvadı və qızı...

Ev sahibi maskalı oğrunu aldatdı – Əvəzində arvadı və qızı...
Hadisə 2552

Abşeronda evə maskalı şəxs hücum edib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə ötən il dekabrın 6-da saat 4 radələrində Hökməli qəsəbəsindəki evlərin birinə pəncərədən girmiş maskalı şəxsin bıçaqla ev sahibəsini hədələyib pul və qızıl əşyalar verməsini tələb etməsi, evdə dəyərli əşya olmadığından oranı tərk etməsi, bir neçə gün sonra təkrarən eyni üsulla həmin evə girib oradan oğurluğa cəhd göstərilməsi barədə müraciət daxil olub.Polis əməkdaşları tərəfindən müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini H.Bayramov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun qəsəbə ərazisindəki daha bir evə girib oradan 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, bir müddət sonra təkrarən eyni ünvana pəncərədən girərək ev sahibinin arvadı və qızını quldurluq yolu ilə hədələyib oradan gümüş əşyası aparması da müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Bakıda evi yandıran dəstə ifşa olundu

Bakıda evi yandıran dəstə ifşa olundu

Evi qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata...

982 Hadisə 11:27 22 yanvar 2019

Son xəbərlər