Ermənilər Tərtərdə toy mağarını atəşə tutdu: yaralananlar var
01
sen
2015
15:13
Azərbaycanın Tərtər rayonunda Ermənistan ordusunun atəşkəsi pozması nəticəsində 3 nəfər yaralanıb.
BAKU.WS-in "Report”a istinadla verdiyi məlumata görə, hadisə rayonun təmas xəttinə yaxın yerləşən Qapanlı kəndində baş verib.
Belə ki, kənd sakini Barat Süleymanovun övladının kicik toy mərasimi zamanı ermənilər toy mağarını atəşə tutub. Hadisə nəticəsində toyda iştirak edən Müşkünaz Əliyeva və Mədinə Tanrıverdiyeva bacıları və 3 yaşlı Zəhra Əlizadə güllə yarası alıb.
Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
BAKU.WS
Oxşar xəbərlər
Toyda oynamaq üstündə kütləvi dava düşdü
Bərdə rayonunda keçirilən toy mərasimlərindən birində kütləvi dava düşüb. BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, hadisə rayonun Buəhmədli kəndin...