Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib

Ermənistanda hərbçi əsgər yoldaşını güllələyib
Hadisə 80

Ermənistan ordusunda silahlı insident baş verib.

BAKU.WS “news.am”a istinadən xəbər verir ki, hərbçilərdən biri əsgər yoldaşını güllələyərək öldürüb.

Hadisəni Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Bildirilir ki, 16 iyul, saat 21:40 radələrində 2001-ci il təvəllüdlü Artur Xachaturoviç Kazaryan hərbçi yoldaşı tərəfindən güllələnib. O, aldığı güllə yarasından yerindəcə ölüb.

Faktla bağlı Ermənistan Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər