Ermənistan Nurlan İbrahimova qarşı cinayət işi açdı
Yeniliklərdən dərhal xəbərdar olun
Bir tərəfdən sülh müqaviləsi bağlamağa hazır olduğunu bildirən Ermənistan, digər tərəfdən ənənəvi xislətindən əl çəkmir.
BAKU.WS publika.az-a istinadən xəbər verir ki, işğalçı ölkə 44 günlük müharibə ilə bağlı cinayət işi çərçivəsində Azərbaycanın hərbi-siyasi və ordu rəhbərliyinin 20 nümayəndəsinə qarşı cinayət işi açıb.Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bundan başqa, Ermənistan Azərbaycana qarşı AİHM və Beynəlxalq Ədalət Məhkəməsində iddialar qaldırıb.
Qeyd olunur ki, "Qarabağ" futbol klubunun mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimova qarşı da cinayət işi başlanıb.
Qeyd edək ki, Nurlan İbrahimov Ermənistanın Gəncə və Bərdədə dinc sakinləri bombalamasından sonra sosial şəbəkədə emosional status yazmış və daha sonra onu silmişdi.
Oxşar xəbərlər
İlyas İsmayılovun oğlu üçün killer polkovnik - üç güllənin üç sirri...
Qətli törədən sabiq polis Gözəl Dəmirovun Etimad İsmayılova Belarusda birgə iş görmək adı altında aldığı külli miqdarda borcu qaytarmadığı deyilir; partiya sədr...