Ermənistan MTX Azərbaycanla sərhəddə erməni yeniyetmələrin guya "oğurlanması" barədə şayiələri təkzib edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) erməni yeniyetmələrin guya Azərbaycan tərəfindən "oğurlanması" barədə məlumatı təkzib edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xidmətin məlumatında bildirilib ki, Sünik vilayətinin Tex icmasının yetkinlik yaşına çatmamış iki sakini erməni güc strukturları ilə söhbət zamanı ev heyvanlarının arxasınca getdiklərini və duman səbəbindən ərazidə istiqaməti itirərək azdıqlarını bildiriblər.
Xatırladaq ki, MTX iyunun 6-da bəyan edib ki, iki yeniyetmə Karen Cangiryan və Andrey Qyaqunts Aravus kəndi yaxınlığında istiqaməti itiriblər və təsadüfən Azərbaycan ərazisinə keçiblər. Bundan sonra Ermənistanın İstintaq Komitəsi "Oğurluq" maddəsi ilə cinayət işi açıb.
Oxşar xəbərlər
Qobustanda zəhərlənən şəxslər AAYDA əməkdaşları imiş
Qobustan rayonunda zəhərlənən şəxslərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional Yol İstismarı İdarəsinin əməkdaşları olduğu bildirilir...