Ermənilərin atıb qaçdığı silah-sursat tapıldı - FOTO

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı odlu silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Güllücə kəndi ərazisində xidmətdə olarkən məhv edilmiş düşmən ordusunun vaxtilə qurduğu səngər və istehkamlara baxış keçiriblər.
Tədbir zamanı erməni hərbçilərin atıb qaçdığı 9 ədəd əl qumbarası, 9 ədəd qumbara alışdırıcısı və 1 ədəd RPQ-18 qumbaraatanı aşkar edərək götürülüb.
Qalereya
Oxşar xəbərlər
Avstriya istehsalı olan silahı Gülər Əhmədovanın oğlu haradan alıb?
Fevralın 9-da eks-deputat Gülər Əhmədovanın oğlu, 1987-ci il təvəllüdlü Toğrul Əhmədov Bakıda silahla tutulub. O, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Ci...
