Ermənilər Azərbaycanın ABŞ-dəki konsulluğunun binasına hücum edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın ABŞ-nin Los-Ancelos şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə məlumat və uyğun video sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.
Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.
Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Ancelos polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.
Oxşar xəbərlər
Dəniz quldurlarının azərbaycanlı dənizçini öldürməsinin ŞOK TƏFƏRRÜATLARI
Yanvarın 22-də Qvineya körfəzində Türkiyəyə aid konteyner gəmisinə dəniz quldurlarının hücumunun təfərrüatları məlum olub. Virtualaz.org xəbər verir ki, hücumda...