Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ərindən boşanmaq istəyən qadın qətlə yetirilib.
BAKU.WS xəbər verir ki, hadisə Qubanın Mahmudqışlaq kəndində qeydə alınıb.
24 yaşlı Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ölən qadının valideynləri bildirir ki, hadisə boşanmaq üstündə olub. Vasif Əliyev "Xəzər Xəbər"ə deyib ki, bir neçə aydır ata evində qalan qızını onun əri gecə saatlarında gələrək öldürüb.
26 yaşlı Elşad Quliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub.
Fakta görə Quba rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
24 yaşlı arvadını öldürən kişi könüllü təslim oldu
İyulun 25-də saat 06 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsar...