Ərəblər Şamaxıda qəzaya düşdü - Ölən və yaralananlar var - VİDEO

01
iyl
2019
12:19
Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS Xəbər TV-yə istinadla xəbər verir ki, Bakı-Şamaxı-Yevlax magistralının Şamaxıdan keçən hissəsində 10 NF 093 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil qarşı tərəfdən gələn 10 MS 666 dövlət nömrə nişanlı, “Hyundai” markalı minik maşını ilə toqquşub. “VAZ 2107” markalı avtomobilin sürücüsü Şamaxı sakini 67 yaşlı Azadxan Əhədov Şamaxı Rayon Mərkəzi Xəstəxanasında ölüb. “VAZ 2107” markalı avtomobildə olan 21 yaşlı Mayılov Seymur Akif oğlu, 23 yaşlı Mirzəyev Emin Kavus oğlu və “Hyundai” markalı minik maşınında olan ərəb Ali Yusuf Hasan Abdullah Şamaxı Rayon Mərkəzi Xəsətəxanasına yerləşdiriliblər.“Hyundai” markalı minik maşınında olan daha bir ərəb də xəstəxanada olsa da, onun heç bir xəsarəti yoxdur. Hadisəyə yağışlı havanın səbəb olduğu bildirilir.
Oxşar xəbərlər
Şəmkirdə “VAZ-2107” yük maşını ilə toqquşdu: ölən var - VIDEO/FOTO
Şəmkirdə “VAZ-2107” yük maşını ilə toqquşub.BAKU.WS bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə Bakı-Qazax yolunun Şəmkir rayonun Sarıtəpə kəndi istiqaməti...
