Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var

Yevlaxda yol qəzası olub, ölən və yaralananlar var
Hadisə 1076
Yevlax rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.BAKU.WS "Report"a istinadla xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Qoyunbinəsi kəndi ərazisində qeydə alınıb."Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobilin toqquşması nəticəsində minik avtomobilinin 30 yaşlı sürücüsü Elşən Xəlilov ölüb, daha iki nəfər - 18 yaşlı Yusif Qədirli və 23 yaşlı Babək Qədirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Son xəbərlər