Ərdoğana bir əsrdən çox yaşı olan Osmanlı dövlətinin döyüş bayrağı təqdim olundu - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
1893-cü il martın 25-də Qətərdəki Osmanlı qalasına köməyə gedən minbaşı (mayor) Yusuf bəyin komandanlığındakı Osmanlı qoşunlarına aid döyüş bayrağı İngiltərədə keçirilən hərracda mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoyun dəstəyi ilə alınaraq Türkiyəyə gətirilib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Tarixi döyüş bayrağı 18 mart Çanaqqala zəfərinin ildönümü münasibətilə təşkil olunan tədbirdə nazir M.N.Ərsoy tərəfindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunub.
Türkiyə lideri döyüş bayrağını təhvil alaraq milli müdafiə naziri Hulusi Akara təhvil verib.
Qalereya
Oxşar xəbərlər
Bakıda ailə dramı: ata oğlunu qaçırdı
Martın 2-də 4 nəfər naməlum şəxs qadının evinə basqın edib 4 yaşlı oğlunun əl-qolunu bağlayıb aparıblar. Hadisə Binəqədi rayonunda baş verib. BAKU.WS Qafqazinf...