İlham Əliyev tərəfindən əfv edilən türk sürücü: “Sanki yuxu görürəm”

İlham Əliyev tərəfindən əfv edilən türk sürücü: “Sanki yuxu görürəm”
Hadisə 1765

Azərbaycan prezidenti İlham Əliyevin son əfv sərəncamı ilə azadlığa çıxan türk TIR sürücüsü Mehmet Kılıçparlar Türkiyəyə gedib. 

BAKU.WS-in məlumatına görə, 2007-ci ildə maşınında narkotik maddə aşkar edilən və bu vaxtdan Azərbaycanda məhkumluq həyatı yaşayan Kılıçparlar ailəsinə qovuşub. "Sanki yuxu görürəm. Həbs ediləndə 5 aylıq olan qızım Senuru qucağıma almaq gözəl bir duyğudur”, - deyə əfv edilən sürücü bildirib. 

Qeyd edək ki, Qaziantepdə yaşayan ailəsi Mehmet Kılıçparlarıın saxlanılmasını aylar sonra televiziya proqramından həbsxanadan hazırlanan reportaj vasitəsilə öyrənib. 

"Azərbaycanda türkləri çox sevirlər. Məni 2013-cü ildə ailəmlə görüşdürdülər. Mənim məsələm həm Türkiyə, həm də Azərbaycan prezidentlərinin diqqət mərkəzində idi. İlham Əliyəvlə, Rəcəb Tayyip Ərdoğana minnətdarlığımı bildirirəm”, - deyə Mehmet Kılıçparlar vurğulayıb. 

Qeyd edək ki, avtomobilində narkotik maddə tapılan Mehmet Kılıçparlar Azərbaycanda 8 il 1 ay cəza çəkdikdən sonra Azərbaycan prezidenti İlham Əliyev tərəfindən əfv edilib.  

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev tütün məmulatları və alkoqollu içkilər üçün tələb olunan lisenziyaları ləğv edib

İlham Əliyev tütün məmulatları və alkoqollu içkilər üçün tələb olunan lisenziyaları ləğv edib

Azərbaycanda tütün məmulatının və etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kab...

1269 İqtisadiyyat 12:17 22 dekabr 2015

Son xəbərlər