Ərdoğan: "Azərbaycan bizə amfibiya təyyarə göndərəcək" - VİDEO

“Azərbaycan bizə amfibiya (yanğınsöndürən) təyyarə göndərəcək”.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi istiqamətində görülən işlərdən danışarkən bildirib.
“Bütün imkanlarımızı səfərbər etmişik. Dünyada ən güclü yanğınsöndürənlər heyətinə sahibik. Bəziləri iddia edirlər ki, Türkiyə Milli Aviasiyasının təyyarəsi var və s. Guya ondan istifadə etməmişik. Təyyarə filan yoxdur. Bunlar bilmədiklərini danışar, uydurarlar.
Hazırda yanğınların söndürülməsinə 45 helikopterimiz və 5-6 təyyarəmiz cəlb olunub. Ukrayna və Rusiyadan təyyarələr gəlir. Azərbaycan da bir təyyarə göndərəcək. Bunların sayı 6-7-yə çatacaq. Bu təyyarələr vasitəsi ilə yanğının tezliklə söndürüləcəyi gözlənilir”, - dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Hirkan Milli Parkında yağını söndürmək çətinləşib: Amfibiya təyyarəsi havaya qaldırıldı - YENİLƏNİB
Hirkan Milli Parkında (Astara rayonu ərazisi) yanğın davam edir. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar nazirliyi məlumat yayıb. Bildirilib ki, yüks...